Hindistanın şimal-şərq bölgəsində baş verən avtoqəza nəticəsində 45 nəfər həyatını itirdi.
Hadisə Benqali ştatında baş verdi. Yolçularla dolu avtobus körpüdən keçərkən, özünü dirəyə çırpdı və çaya düşdü.
İstintaq versiyasına görə, qəzanın səbəbi yolun yaxşı görünməməsi ola bilərdi, ancaq sağ qalan yolçular bəyan edirlər ki, avtobus sürücüsü tez-tez mobil telefona baxırdı və söhbət edirdi.
Avtobusda 56 yolçu var idi. Hazırda itkin düşən yolçuların axtarışı aparılır.