Hindistanda altı həftə davam edəcək parlament seçkiləri keçirilir
Hindistanda parlament seçkiləri keçirilir.
Təxminən 970 milyon seçici parlamentin aşağı palatasının 543 üzvünü seçəcək. Seçkilərdə səsvermə prosesi altı həftə davam edəcək və iyunun 1-də başa çatacaq, səslərin hesablanması prosesi isə iyunun 4-də baş tutacaq.
Seçkilərdə hazırkı baş nazir Narendra Modi müxalifət partiyalarının ittifaqına qarşı mübarizə aparır.
Narendra Modi qalib gəlsə, o, üçüncü müddətə hakimiyyəti saxlayan ikinci Hindistan lideri olacaq.
Müxalifət alyansı qalib gəlsə belə, Hindistana kimin rəhbərlik edəcəyi məlum deyil, çünki onlar hələ öz namizədlərini təqdim etməyiblər.
İlkin sorğular əksəriyyətin Narendra Modi və partiyasının qələbəsini proqnozlaşdırdığını göstərir.