Hindistanda alkoqoldan zəhərlənmə nəticəsində 54 nəfər ölüb
Hindistanda alkoqoldan zəhərlənmə nəticəsində 54 nəfər ölüb

Hindistanda alkoqoldan zəhərlənmə nəticəsində 54 nəfər ölüb, 100-ə yaxın adam ağır intoksikasiya ilə xəstəxanada qalır. Hadisə ölkənin cənubundakı Tamil Nadu ştatında baş verib. Çox güman ki, içkinin tərkibində metanol olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Saxta spirtli içkilərin istehsalı və satışı ilə bağlı 7 nəfər həbs edilib.