Hilari Klinton - Trampın impiçmentini dəstəkləyirəm
Hilari Klinton - Trampın impiçmentini dəstəkləyirəm

ABŞ-ın sabiq dövlət katibi Hilari Klinton Trampa qarşı impiçment prosedurunun başlamasını dəstəkləyir.

Bu barədə bəyanatı Hilari Klinton “Pipl” jurnalı ilə müsahibə zamanı verdi.

“Mən impiçment prosesini dəstəkləyirəm. Deyə bilmərəm ki, bu qərarı asan qəbul etdim, ancaq hesab edirəm ki, ölkədə artıq fövqəladə vəziyyət yaranıb.

Ukrayna ətrafında baş verən hadisələr, Ukrayna prezidentini gizli razılaşmaya cəlb etmək cəhdi, Ukraynayı artıq hərbi dəstək verməməklə hədələmək, halbuki, bu dəstəyə Ukraynanın Rusiyadan və Putindən özünün müdafiyə etmək üçün çox ehtiyacı var. Co Baidenə problemlər yaratmaq və sairə. Əgər bunlar impiçment üçün yetərli səbəb deyilsə, o zaman bilmirəm nədir?!  – dedi Hilari Klinton.

Xatırladaq ki, keçən həftə amerikan medyasında məlumat yayıldı ki, güya iyulun 25-də, telefon söhbəti zamanı Donald Tramp Ukrayna prezidentinə təzyiq etməyə çalışırdı.

Jurnalistlərin məlumatına görə, Tramp Zelenskiyə dəfələrlə onun şəxsi vəkili olan Rudi Julianı işə götürməyi təklif edirdi ki, Co Baidenin və oğlunun istintaqı tez başa çatdırılsın.

Medyada yayılan məlumata əsasən, söhbət zamanı Tramp Zelenskiyi Ukraynaya hərbi dəstək verməyəcəyi ilə də hədələyirdi.

Zelenski və Tramp isə, belə bir telefon söhbətini və təzyiqin olduğu ilə bağlı iddiaları rədd edirlər.