Hicab və çadra ilə gəzməyin qadağan edilməsi ilə bağlı Emzar Kvitsianinin təqdim etdiyi qanunlayihə təsdiqlənmədi
Parlamentin insan hüquqlarının qorunması komitəsinin iclasında, hicab və çadra ilə gəzməyin qadağan edilməsi ilə bağlı “Vətənpərvərlər alyansının” üzvü Emzar Kvitsianinin təqdim etdiyi qanunlayihə təsdiqlənmədi.
Deputatlar “Vətənpərvərlər alyansının” təşəbbüsünü qəbul etmədilər, hansına əsasən, ictimai yerlərdə hicab və çadra ilə gəzmək 500 və 1500 larilik cərimələnməyi nəzərdə tuturdu.
Komitənin sədri Sopo Kiladzenin dediyinə görə, dini konfessiyaları narahat edən bir çox məsələ yığılıb.
Kvitsiani tərəfindən təqdim edilən qanunlayihəyə gəlincə isə, Sopo Kiladze bəyan etdi ki, qeyd olunan məsələ işçi qrupda müzakirə olunacaq.