Köçəri quşlarla birlikdə heyvanların ovlanması üçün də lisenziya verilə bilər- bu barədə Gürcüstanın Birinci Kanalına Ətraf Mühitə Nəzarət Şöbəsinin Biomüxtəlifliyə Nəzarət Xidmətinin rəhbəri Maya Çxobadze bildirib.
O , yeni qanunlayihənin yaradılması çərçivəsində məsələ ilə bağlı işlər aparıldığını bildirir.
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi işləyir və ovla bağlı layihə hazırlayıb. Bu ayrıca layihə olacaq və əvvəllər belə bir layihə olmayıb. Ovçuluq məsələləri “Heyvanlar aləmi haqqında” qanunla tənzimlənirdi və əhəmiyyətindən irəli gələrək ayrıca qanun kimi təsis ediləcək. Əvvəlcə, müzakirə mərhələsindən keçən qanunlayihə var. Təbii ki, bu qanunlayihənin məqsədi ictimai ov yerlərini və müəyyən qaydaları tətbiq etməklə ovçuluğu daha çox tənzimləməkdir.
Qeyd etdiyim üzrə, bu, nazirliyin daxili şöbələrində müzakirə olunan qanunlayihədir. Təbii ki, bundan sonra o, ictimailəşəcək, bütün maraqlı tərəflər üçün əlçatan olacaq və yalnız ictimai müzakirələrdən sonra təsdiq edilmək üçün təqdim olunacaq. Üzərində işlədiyimiz reqlamentlərə bir çox məsələlər daxildir , onlar arasında müəyyən heyvanların ovlanması məsələsi hansısa formada müzakirə oluna bilər”- deyə Maya Çxobadze bildirib.