Həyat yoldaşının qətlində təqsirləndirilən kişi barəsində məhkəmə həbs-qətimkan tədbiri çıxarıb
Tbilisi Şəhər Məhkəməsində ictimai nəqliyyatda baş verən qətl işi ilə əlaqədar məhkəmə prosesi davam edir. Həyat yoldaşının qətlində təqsirləndirilən kişi barəsində məhkəmə həbs-qətimkan tədbiri çıxarıb.
Müdafiə tərəfi həbs qərarına etiraz etmir, o müqəssirin səhhətinin ağır vəziyyətdə olduğunu vurğulayır.
Hakim Laşa Kldiaşvilinin sözlərinə görə, təqsirləndirilən şəxsdə cinayətin davam etdirilmə əlamətləri var.
“Bu elə bir haldır ki, mən məşvərətə çəkilməyəcəyəm, vəkil də həbs-qətimkan vəsatətinin tərəfdarıdır. Məhkəmə yerindəcə məşvərətlə qərar verərək, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün halların mövcud olduğunu hesab edərək, prokurorun vəsatətinin təmin edilməsi barədə qərar çıxardı. Məhkəmə ittiham və cinayət əməlini, həyat yoldaşının qətlini nəzərə aldı, təqsirləndirilən şəxsin cinayəti davam etdirməsi üçün əsas var”-deyə hakim Laşa Kldiaşvili bildirib.
Xatırladaq ki, dünənTbilisidə ictimai nəqliyyatda qətl hadisəsi baş verib.