Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib
Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

 

Prokurorluğun təqdim etdiyi sübutlar əsasında həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə prokurorluq məlumat yayır.

Qurumdan verilən məlumatda bildirilir ki, Tbilisi Şəhər Məhkəməsi ittihamçı tərəfin təqdim etdiyi sübutları məqbul sayıb və həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetiridiyinə görə Q.Q.-ni təqsirli bilib.

“Məhkəmə prosesində tədqiq edilən dəlillər sübut edib ki, təqsirləndirilən şəxs 2021-ci ilin dekabrın 22-də, Tbilisidə, yaşayış evində öz hamilə həyat yoldaşına xüsusi amansızlıqla, bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş hadisə yerindəcə dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “a” və “v” yarımbəndləri və üçüncü hissəsinin “b” yarımbəndi ilə ittiham irəli sürülüb “-deyə prokurorluqda bildirirlər.

Qurumdan verilən məlumatda bildirilir ki, Tbilisi Şəhər Məhkəməsi Q.Q. barəsində irəli sürən ittiham üzrə onu tamamilə təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib.

“Gürcüstan Prokurorluğu qadınlara qarşı bütün zorakılıq halları ilə bağlı ciddi cinayət-hüquq siyasətini davam etdirir. Zorakılıq törədən bütün şəxslər qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının operativ reaksiya verməsi və ağır cinayətlərin qarşısının alınması üçün ictimaiyyətin fəal iştirakı və ilk zorakılıq halında məlumat verməsi çox vacibdir”- deyə prokurorluqda bildirilib.