Herman Sabo – prezidentin impiçmenti elə mənasız prosesdir, hətta “Gürcü arzusu” da bilir ki, heç nə alınmayacaq, heç nə dəyişməyəcək, əksinə, Salome Zurabişvilini Avropada daha isti qarşılayacaqlar
Texniki baxımdan, prezidentə xarici siyasətə müdaxilə etmək üçün hökumətin icazəsi lazımdır, lakin kontekst də nəzərə alınmalıdır. Əgər hökumət özü ölkənin Avropa kursundan kənara çıxıbsa və Gürcüstanın Avropaya inteqrasiyası üçün hər şeyi etməməklə konstitusiyanı pozubsa, deməli, konstitusiyaya əməl edən prezident olub, deyə “Girçi”nin üzvü, Herman Sabo bildirib.
Onun fikrincə, prezidentin impiçmenti elə mənasız prosesdir ki, hətta “Gürcü arzusu” da bilir ki, bundan heç nə alımayacaq və bunun yeganə mümkün izahı diqqəti yayındırmaq və idarə olunan mühit yaratmaq, insanları bu barədə danışmağa vadar etməkdir ki, bu da onlara sərf edir.
“Texniki olaraq bu prosesi uzatmaq olar, amma heç nə dəyişməyəcək, əksinə, Salome xanım Avropada daha ürəyiaçıq və isti qarşılanacaq. Avropaya gələn istənilən şəxsin bizə namizəd statusunu verin deməyi istənilən gürcü üçün əhəmiyyətli olmalıdır. Salome xanım bunu edir. Bu, o qədər anlaşılmaz addımdır ki, kimsə bunu Rusiyaya verilən xərac hesab edə bilər. Guya Rusiyaya göstərirlər ki, Zurabişvili Avropaya gedəndə öz mövqeyini bildirmir. Əgər prezidentin mövqeyi hakimiyyət tərəfindən bölüşülmürsə və onun mövqeyi qərbyönlüdürsə, o zaman hesab edək ki, hakimiyyət qərbyönlü deyil.
İş ilk olaraq Konstitusiya Məhkəməsində müzakirə olunacaq, ona 50 deputat lazımdır, “Gürcü arzusu”nun da bu qədər deputatı var. Düşünürəm ki, bu da birmənalı olmayacaq, çünki ikinci qeyd odur ki, bütün ictimai şəxslər ölkənin Avropaya inteqrasiyasını dəstəkləməyə borcludurlar, Salome xanım bunu edir, hökumət isə əksinə, buna mane olur. Konstitusiya Məhkəməsinin prezidentin konstitusiyanı pozduğunu deyəcəyi şübhə doğurur. Daha sonra məsələ parlamentə gəlir və siyasi yolla həll olunmalıdır. Salome xanım konstitusiyanı doğrudan da pozub- pozmamasından asılı olmayaraq, son sözü deputatlar deyəcəklər, bunun üçün isə “Gürcü arzusu”nun 100 səsi yoxdur. Bu 100 səsi necə toplayacaqlarını təsəvvür belə edə bilmirəm. “Milli Hərəkat”ı da əlavə etmək lazım gələcək və onlar “Milli Hərəkat”la nəyəsə görə əməkdaşlıq edəcəklər? Mən belə düşünmürəm”, – Sabo bildirib.
“Gürcü arzusu” prezident Salome Zurabişvilinin impiçment proseduruna başlayır. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Salome Zurabişvili Gürcüstan Konstitusiyasını kobud şəkildə pozaraq hökumətin razılığı olmadan xarici ölkələrə silsilə səfərlərə başlayıb.