Heritage Foundation - Gürcüstanın NATO-ya qoşulması ABŞ və Avropanın marağındadır
“Gürcüstanın NATO-ya qoşulması ABŞ və Avropanın marağındadır”, – nüfuzlu amerika institutu Heritage Foundation öz hesabatını bu başlıqla yayır.
Hesabatın müəllifi xarici siyasət mərkəzinin direktoru, amerikalı mütəxəssis Luk Kofidir.
Publikasiyada Gürcüstan tərəfindən NATO-ya yaxınlaşmaq üçün qoyduğu addımlar təfərruatlı şəkildə müzakirə olunur və qeyd olunur ki, Rusiya tərəfindən Gürcüstana qarşı törədilən aqressiya Gürcüstanı qərb kursundan dönməyə vadar edə bilmədi.
“Sovetlət Birliyinin dağılmasından sonra, Gürcüstan çətin regionda bir ümid işığı oldu. İlk dəfə Gürcüstanda hakimiyyətin seçki yolu ilə və sülh içində təhvili gerçəkləşdi. ABŞ-ın milli maraqlarına daxildir ki, Gürcüstanın NATO-ya üzv olmasına yardım etsin” – yazır ekspert.
Hesabatın müəlliflərinin fikrincə, əhəmiyyətlidir ki, NATO-nun 2018-ci ilin samitində yenə bir dəfə vurğulansın ki, Gürcüstan şimali-atlantika alyansına üzv olmağa layiqdir.