“Armihol”da Gürcüstan Müdafiə Nazirliyinin əməkdaşlarının övladları üçün yeni il tədbiri keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Sandro Axmeteli adına Bələdiyyə Dram Teatrının aktyorları Ceyms Metyu Barrinin əsəri əsasında rejissor Laşa Qoqniaşvili tərəfindən qoyulan “Piter Panın sərgüzəştləri” tamaşasını uşaqlara təqdim ediblər. Onlar Cizgi film qəhrəmanları ilə şəkil də çəkdirdilər. Daha sonra yeniyetmələrə hədiyyələr paylanılıb.
Axmeteli Teatrı bir neçə ildir ki, Müdafiə Nazirliyi ilə memorandum əsasında əməkdaşlıq edir.
Tədbir qurumun sosial məsələlər və psixoloji dəstək şöbəsinin nümayəndələri tərəfindən təşkil olunub.
Müəllif -
Mehemmed Bayramaliyev