Gürcüstanın Müdafiə Nazirliyi “Army Hall”da hərbçilərin övladlarını Yeni il tədbirində qəbul edib.
Sandro Axmeteli adına Dram Teatrının aktyorları Hans Kristian Andersenin nağılı əsasında hazırlanmış “Qar kraliçası” tamaşasını yeniyetmələrə təqdim ediblər.
Hərbçilərin övladlarının nazirliyə ziyarəti müxtəlif nağıl qəhrəmanları və animatorlarla görüşlə başlayıb. Milad ziyafəti simfonik kvartet tərəfindən Yeni il kompozisiyaları ilə bəzədilib. Daha sonra isə uşaqlar Şaxta baba ilə şəkil çəkdirmək imkanı qazanıblar və nazirlik tərəfindən onlara hədiyyələr verilib.
Axmeteli Teatrı bir neçə ildir ki, Müdafiə Nazirliyi ilə memorandum əsasında əməkdaşlıq edir.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.