Hərbçilər milli qəhrəman, kapral Zaza Damenianın xatirəsini ehtiramla yad ediblər
Hərbçilər milli qəhrəman, kapral Zaza Damenianın xatirəsini ehtiramla yad ediblər

Gürcüstanın milli qəhrəmanı, kapral Zaza Damenianın ölümündən 19 il ötür.

Müdafiə Nazirliyinin məlumatına əsasən, milli qəhrəmanın xatirəsi doğulduğu Ozurqeti rayonunda döyüş yoldaşları və ailə üzvləri tərəfindən anılıb. Müdafiə Qoşunlarının Qərb və Şərq Komandanlığının əsgərləri qəhrəman döyüşçünün məzarı üzərinə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Zaza Damenia 1992-ci ildən Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edib. 16 avqust 2004-cü ildə Zaza Damenia öz həyatı bahasına yoldaşlarını ölümdən xilas edib. Zaza Dameniya vətənin müdafiəsi və birliyi uğrunda döyüşlərdə göstərdiyi yüksək şücaətə görə Gürcüstanın Milli Qəhrəmanı adına layiq görülüb.