Hərbi polisin iki taqımı nümayiş sahə-situasiya təlimi keçirib
Hərbi polisin iki taqımı nümayiş sahə-situasiya təlimi keçirib

 
NATO-Gürcüstan Əhəmiyyətli Paketinin (SNGP) hərbi polis təşəbbüsü çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələrinin Hərbi Polis İdarəsinin Şərq və Qərb batalyonlarının iki taqımı nümayiş sahə-situasiya təlimi keçirib. Simulyasiya ssenarisinə əsasən, hərbi polis qrupları VİP şəxsin təhlükəsiz hərəkətinə dəstək vermək, təxliyyə, şübhəli avtomobilin dayandırılması və saxlanılması istiqamətində əməliyyat keçiriblər.

İki həftəlik təlimə NATO-nun Çoxmillətli Hərbi Polis Batalyonuna üzv ölkələrdən doqquz təlimatçı rəhbərlik edib. Təlim Gürcüstan hərbi polis taqımlarının NATO-nun Çoxmillətli Hərbi Polis (NATO MNMPBAT) Batalyonu ilə uyğunluğunu və NATO-nun Çoxmillətli Hərbi Polis Batalyonuna qoşulmağa hazırlığını müəyyən etmək məqsədi daşıyıb. Hərbi polis idarəsinin rəisi, müdafiə polkovniki Kaxa Petriaşvili əcnəbi təlimatçılara təşəkkürnamələr təqdim edib.

Bu günə qədər Şərq Hərbi Polis Batalyonunun NATO-nun Çoxmillətli Hərbi Polis Batalyonunun bütün təlimlərində artıq iştirak etmiş bir taqımı tam sertifikatlaşdırılıb.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.