Hərbi polis nümayəndəsi - Əsgərlərin bir-birinə xəsarət yetirdikləri soyuq silah onlara verilən hərbi xidmətçi silahları arasına daxil deyildir
Hərbi polis nümayəndəsi - Əsgərlərin bir-birinə xəsarət yetirdikləri soyuq silah onlara verilən hərbi xidmətçi silahları arasına daxil deyildir

Əsgərlərin bir-birinə xəsarət yetirdikləri soyuq silah onlara verilən hərbi xidmətçi silahları arasına daxil deyildir,  – bu barədə bəyanatı hərbi polis departamentinin baş istintaq idarəsinin rəhbər müavini İrakli Bazeraşvili verdi.

“Giorgi Antsuxelidze adına Kocori serjant akademiyasında avqustun 1-də, axşam saatlarında insindent baş verdi. Əsgərlər arasında siqaret çəkmək üçün ayrılan yerdə baş verən sözlü münaqişə daha sonra fiziki qarşıdurmaya çevrildi. Nəticədə, insindentdə iştirak edən beş hərbi xidmətçidən üçü soyuq silahla yaralanıb. Hazırda hər beş hərbi xidmətçinin sağlamlıq vəziyyəti stabildir və həyati təhlükələri yoxdur” – dedi İrakli Bazeraşvili.

Münaqişənin motivinə gəlincə isə, hərbi polis nümayəndəsinin dediyinə görə, əsgərlər bir-birinə qarşı qeyri-senzur kəlimələrdən istifadə edirdilər.

“Onların heç biri alkohol təsiri altında deyildi. Bir-birilərinə xəsarət yetirdikləri soyuq silahlar isə, onların hərbi avadanlıqlarına daxil deyildi. İstintaq prosesində bütün təfərrüatlar dəqiqləşdiriləcək. Əgər kiminsə cavabdehliyi məsələsi qaldırılsa, müvafiq tədbirlər görüləcək. Ekspert-Kriminalistlər hadisə yerində yoxlayış keçirirlər və müvafiq qərarı gözləyirik” – dedi İrakli Bazeraşvili.