Hərbi polis nümayəndəsi - Əsgərlər arasındaki sözlü münaqişə siqaret çəkmək üçün ayrılan yerdə baş verdi
Əsgərlər arasındaki sözlü münaqişə siqaret çəkmək üçün ayrılan yerdə baş verdi, – bu barədə bəyanatı hərbi polis departamentinin baş istintaq idarəsinin rəhbər müavini İrakli Bazeraşvili verdi.
Bu barədə məlumatı Gürcüstanın Müdafiyə Nazirliyi yayır.
“Giorgi Antsuxelidze adına Kocori serjant akademiyasında avqustun 1-də, axşam saatlarında insindent baş verdi. Əsgərlər arasında siqaret çəkmək üçün ayrılan yerdə baş verən sözlü münaqişə daha sonra fiziki qarşıdurmaya çevrildi. Nəticədə, insindentdə iştirak edən beş hərbi xidmətçidən üçü soyuq silahla yaralanıb. Hazırda hər beş hərbi xidmətçinin sağlamlıq vəziyyəti stabildir və həyati təhlükələri yoxdur” – dedi İrakli Bazeraşvili.
Onun dediynə görə, hadisə yerində bütün gecə ərzində istintaq işləri aparılırdı.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə başladı, hansı ki, qəsdlə xəsarət yetirməyi nəzərdə tutur.