Hərbi xidmətçilər Şovidə təbii fəlakət zonasında beş lokasiyada axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər
Hərbi xidmətçilər Şovidə təbii fəlakət zonasında beş lokasiyada axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər

 
Gürcüstan Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Şovidə cari axtarış-xilasetmə işlərini fəal şəkildə davam etdirirlər. Hərbi qulluqçular fəlakət zonasında 5 lokasiyada işlərini davam etdirirlər. Onlar sürüşmənin bərabərində gətirdiyi palçıq-torpaq səthin üzərində bir neçə dəfə piyada körpüləri salıblar və körpüləri müxtəlif lokasiyalara köçürmək də lazım gəlib.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda axtarış prosesində hərbçilərin sürüşmənin bərabərində gətirdiyi palçıq-torpaq səthin altında qalan texnikanın yerlərini müəyyən etməyə kömək edən metal detektorlardan da istifadə etdikləri deyilir. Müdafiə Qüvvələrinin ağır texnikası və təchizatı da bölgəyə səfərbər olunub.

Axtarış-xilasetmə işlərinə Şərq və Qərb komandanlıqlarının hərbi xidmətçiləri, döyüş-mühəndis batalyonları və qoşunların maddi-texniki təminat komandanlığı və Milli Qvardiyanın 10-cu kadrlaşdırılmış 102-ci Ərazi Müdafiə Batalyonu cəlb olunub. Hərbi qulluqçular Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin xilasedicilərinə dəstək verən tədbirləri aktiv şəkildə həyata keçirirlər.