Hərbi xidmət üçün vətəndaşların çağırılması fevralın 1-dən başlayacaq
Məcburi hərbi xidmətə vətəndaşların çağırılması fevralın 1-dən başlayacaq və iyunun 29-na qədər davam edəcək.
Bu barədə qərarı Gürcüstan iqtidarı verdi.
Gürcüstanın Müdafiyə Nazirliyinin tələbinə müvafiq olaraq, Gürcüstanın müdafiyə qüvvələrinə çağırılacaq olan vətəndaşların sayı 1700 olmalıdır.
Ədliyyə Nazirliyinin sisteminə daxil olan müəssisələrə və penitensiar xidmətlərə çağırılanların sayı 1309-dur.
Daxili İşlər nazirliyinin bölmələrinə – 920.
Gürcüstanın Dövlət Müdafiyəsinə – 200.
Dövlət Təhlükəsizliyi Xidmətinə – 341.
Məcburi Hərbi Xidmətə 18-dən 27 yaşına qədər gənclər çağırılacaqlar, hansıların Gürcüstan qanunvericiliyi ilə müəyyənləşdirilən qayda ilə, hərbi xidmətdən imtina etmək hüququ yoxdur.
Məcburi Hərbi Xidmətə çağırılış prosesinə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi koordinasiya edəcək.