Hərbi hospital beynəlxalq akkreditasiyadan keçib
Hərbi hospital beynəlxalq akkreditasiyadan keçib

Gürcüstan Müdafiə Nazirliyinin Baş meneceri Giorgi Abramişvili adına Hərbi Hospital Almaniyanın KTQ təşkilatının akkreditasiyasından uğurla keçib. Bu da tibb müəssisəsinin xəstələrin təhlükəsizliyinə və yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinə önəm verdiyinin sübutudur. – Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Agentlikdən verilən məlumata görə, tibbi proseslərə və xəstələrin təhlükəsizliyi standartlarına və keyfiyyətin idarə edilməsinə uyğunluq üzrə beynəlxalq sertifikat rəsmi olaraq Müdafiə Nazirliyinə təhvil verilib. İclasda müdafiə nazirinin müavini Davit Sujaşvili, hərbi hospitalın direktoru Şalva Maqlakelidze və KTQ nümayəndələri iştirak ediblər.

Alman təşkilatının ekspert auditorları hərbi hospitalın bütün şöbələrində monitorinqlər apararaq idarəetmə, keyfiyyətin idarə edilməsi, xəstə və işçilərin oriyentasiyası, təhlükəsizlik və risklərin idarə edilməsi, informasiya və kommunikasiya kimi istiqamətləri qiymətləndiriblər. Onlar xəstəxanaya mərhələli şəkildə həyata keçiriləcək tövsiyələr veriblər. Beynəlxalq akkreditasiya, hökumətin müvafiq qərarına əsasən, hərbi xəstəxanaya 2025-ci ildən universal səhiyyə proqramında iştirak etmək imkanı verir. KTQ – “Səhiyyənin Şəffaflığı və Keyfiyyətində Əməkdaşlıq” Beynəlxalq Səhiyyə Keyfiyyəti Assosiasiyasının (ISQua/ISQuaIEEA) Alman təşkilatının üzvüdür.