Hərbi həkimlər vətəndaşların vaksinasiyası məqsədilə Siğnaği munisipalitetində idilər
Hərbi həkimlər vətəndaşların vaksinasiyası məqsədilə Siğnaği munisipalitetində idilər

Hərbi həkimlər immunizasiya prosesinə fəal qoşulublar və vətəndaşların vaksinasiyasını yaşayış evlərində təmin edirlər, – bu barədə məlumatı Müdafiə Nazirliyi yayır.

Elə onların məlumatına görə, Gürcüstan müdafiə qüvvələrinin mobil hərbi-tibbi qrupları Siğnaği munisipalitetinin kəndlərində idilər. Hərbi həkimlər Mağaro və Bodbe əhalisi ilə görüşdülər və vaksinasiya prosesi barəsində tam məlumat çatdırdılar.

Qeyd olunan kəndlərdə immunizasiya prosesinə qarşı əhali böyük maraq və yükəsk fəallıq göstərdi. Müdafiə idarəsinin yerli rəhbərliyi ilə koordinasiyayla, vətəndaşların artmış müraciətinə görə, hərbi həkimlər qrupu qeyd olunan kəndlərə yaxın gələcəkdə bir daha gedəcək.

Həmçinin, Müdafiə Nazirliyinin tibbi personalı peyvən olunmuş vətəndaşların ikinci doza ilə peyvən olunması üçün, protokol ilə nəzərdə tutulmuş vaxt görüşəcək. Gürcüstanıən baş naziri, İrakli Ğaribaşvilinin əmrinə müvafiq olaraq, hərbi həkimlərlə komplektləşdirilmiş qruplar vaksinasiya prosesinin effektli həyata keçirilməösi məqsədilə yaradıldı”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.