Hərbi qulluqçulara “Ordu şəhəri”ndə mənzillər verilib
Hərbi qulluqçulara “Ordu şəhəri”ndə mənzillər verilib

 
Hərbi qulluqçulara “Ordu şəhəri”ndə mənzillər verilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi üzrə, mənzillərin təhvil verilməsi mərasimində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, müdafiə naziri Cuanşer Burchuladze, Müdafiə Qüvvələrinin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.

“2020-ci ilin oktyabrında baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə başladılmış Maxata dağında misli görünməmiş irimiqyaslı yaşayış binası layihəsi başa çatıb.

“Ordu şəhəri”nin tikintisi zabitlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edirdi və hərbi qulluqçulara qayğı siyasəti çərçivəsində həyata keçirilib. Hərbi qulluqçular arasında mənzillərin bölünməsi lottotron prinsipi əsasında həyata keçirilib.

Maxata dağında hərbçilər üçün 39 ədəd 7 mərtəbəli bina tikilib, hər birində 1092 mənzil yerləşir. Hərbçilər ailənin neçə üzvdən ibarət olması prinsipi nəzərə alınmaqla 50 m2 (2-3 nəfər), 80 m2 (4 nəfər) və 110 m2 (5 və daha çox üzv) yaşayış sahəsini misli görünməmiş güzəştli şərtlərlə ala biliblər. Yaşayış sahəsinin kvadrat metrinin dəyəri 200 dollar idi.

Müvafiq olaraq, hərbçilər bir kvadratmetr üçün təxminən 100 dollar ödəməli idilər. Bu məbləği ödəmək üçün hərbçilərin bank zəmanətindən deyil, faizsiz daxili taksitlərdən istifadə etmək imkanı var idi.

Layihə davamlı olacaq. Bu məqsədlə Müdafiə Məcəlləsinə dəyişikliklər edilib ki, nəticədə mayor və ondan yuxarı zabitlər, baş çavuşlar və çavuşlar kateqoriyasından olanlar mənzil alacaqlar ki, bu da hərbçilərin qiymətləndirilməsi istiqamətində tamamilə misilsiz qərar olacaq və onların yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq” – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.