Hərbi qulluqçular təbii fəlakət zonasında axtarış-təmizləmə işləri aparırlar
Gürcüstan Müdafiə Qüvvələrinin fəlakət zonasındakı şəxsi heyəti yeni tapşırıq alıb. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, 3-cü Piyada Briqadasının və Milli Qvardiyanın hərbi qulluqçuları xilasedicilərlə birlikdə “Sunset Shovi” mehmanxanasının ərazisində xüsusi vasitələrdən istifadə etməklə həm xarici perimetrdə, həm də binada axtarış-təmizləmə işlərini yerinə yetiriblər.