Hərbi qulluqçular Gürcüstanın dövlət bayrağını yüksəldiblər
Hərbi qulluqçular Gürcüstanın dövlət bayrağını yüksəldiblər

Yanvarın 14-də Gürcüstanın Dövlət Bayrağı Günü qeyd olunur.

Müdafiə Nazirliyinin məlumatına görə, bu günlə əlaqədar Gürcüstan Müdafiə Nazirliyinin ərazisində və Müdafiə Qüvvələrinin hərbi bazalarında bayraq yüksəltmə mərasimi keçirilib.

Ölkənin dövlət rəmzinə hörmət əlaməti olaraq Müdafiə Qüvvələrinin 4-cü Piyada Briqadasının hərbi qulluqçuları dövlət himninin sədaları altında Gürcüstanın bayraqlarını təntənəli şəkildə yüksəldiblər.

Gürcüstanın Dövlət Bayrağı Günü yanvarın 14-də, Gürcüstanın Dövlət Bayrağı haqqında Gürcüstanın Üzvi Qanununun qəbul edildiyi gün qeyd olunur.