Hərbi qulluqçular qəhrəmanların analarını 3 mart münasibətilə təbrik ediblər
Hərbi qulluqçular qəhrəmanların analarını 3 mart münasibətilə təbrik ediblər

Gürcüstanın Müdafiə Qüvvələrinin hərbi qulluqçuları Gürcüstanın ərazi bütövlüyü uğrunda sülhməramlı missiyanı yerinə yetirərkən həlak olan hərbçilərin analarını 3 mart münasibətilə təbrik ediblər.

Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi qulluqçular  həlak olan hərbçilərin ailələrinə Gürcüstanın bütün şəhər və kəndlərində  baş çəkiblər. Onlar Analar Günü münasibətilə qəhrəmanların valideynlərinə gül dəstələri və Gürcüstanın müdafiə nazirinin təbrik kartlarını veriblər.

Əsgərlər döyüş yoldaşlarının fədakarlığını və ölkəyə göstərdikləri xidməti bir daha xatırlayıblar.