Hərbi qulluqçular bu gün səhər saatlarından Şovidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub
Hərbi qulluqçular bu gün səhər saatlarından davam edən axtarış əməliyyatlarında fəal iştirak ediblər.
Müdafiə naziri Cuanşer Burchuladze, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Q.Matiaşvili və Müdafiə Qüvvələrinin yüksək rütbəli rəsmiləri səhər saatlarından təbii fəlakət bölgəsindədirlər.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər İnfrastruktur Nazirliyinin Yollar Departamentinin tırtıllı texnikası ilə çayın o biri sahilinə çıxaraq uçan yamacın perimetri üzrə yayılıb və sistemli şəkildə əraziyə baxış keçirirlər.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.