Herbert Royl - Vestfaliya əhalisi narazıdır, lakin gürcülər tərəfindən törədilən cinayətin statistikasi həyəcan doğurucu deyil
Herbert Royl - Vestfaliya əhalisi narazıdır, lakin gürcülər tərəfindən törədilən cinayətin statistikasi həyəcan doğurucu deyil

Gürcüstandan Almaniyada sığınacaq axtaranlar və onlar tərəfindən törədilən cinayətin azaldılması istiqaməti üzrə planlaşdırılmış tədbirləri Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadze və Şimali Rayn-Vestfaliya Federal Torpaqlarının Daxili İşlər naziri, Herbert Royl müzakirə etdilər. Nino Cavaxadze Herbert Royl ilə Almaniyaya rəsmi səfər çərçivəsində görüşdü.

Görüşdə Cavaxadze Roylu Gürcüstandan Almaniyada sığınacaq axtaranlar və onlar tərəfindən törədilən cinayətin azaldılması istiqaməti üzrə planlaşdırılmış tədbirlər və o cümlədən soyadın dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəəbbüs ilə tanış etdi. Tərəflər hökumətlər tərəfindən planlaşdırılmış informasiya kampaniyası və Gürcüstan üçün təhlükəsiz ölkə statusunun verilməsi barəsində müzakirə apardılar.

Nino Cavaxadze Şimali Rayn-Vestfaliya və Gürcüstan Daxili İşlər Nazirlikləri arasında anlaşma memorandumunun imzalanması əhəmiyyətini xüsusilə qeyd etdi və Herbert Roylu memorandumun mətni ilə şəxsən tanış etdi.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Herbert Royl gürcü tərəfi tərəfindən planlaşdırılmış təşəbbüsləri alqışladı və memorandumun imzalanması üçün hazır olduğunu bəyan etdi.

Gürcüstan Daxili İşlər naziri müavini Nino Cavaxadze Almaniyaya rəsmi səfər çərçivəsində həmçinin, Şimali Rayn-Vestfaliya Federal Torpaqlarının Kriminal Polis Xidmətinin rəisi, Frank Hoever ilə görüşdü.

Səfər çərçivəsində, Nino Cavaxadze Avstriya Respublikasına da səfər etdi və işçi görüşlər keçirdi.