Həmkarı tərəfindən odlu silahla xəsarətin yetirildiyi dəri-zöhrəvi xəstəliklər dispanserinin rəhbəri üzərində əməliyyat aparılıb
Həmkarı tərəfindən odlu silahla xəsarətin yetirildiyi dəri-zöhrəvi xəstəliklər dispanserinin rəhbəri, Qiorqi Qaldava üzərində əməliyyat aparılıb.
Tbilisi Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin rəhbəri Qiorqi Nikolişvili əməliyyatdan sonra pasiyentin reanimasiyaya köçürüldüyünü bildirib.
Cərrah pasiyentin vəziyyətinin ağır, lakin stabil olduğunu bildirib. Onun çiyin sümüyü və qarnında xəsarətlər var. Həkimin sözlərinə görə, pasiyent klinikaya daxil edilən zaman təmasda olub.
Gürcüstan DİN-in Mətbuat Xidməti tərəfindən verilmiş məlumatda, adam öldürməyə cəhd maddəsi ilə istintaq başladıldığı deyilir. Mümkün müqəssir isə polis tərəfindən saxlanılmayıb.