Helsinki Komissiyası - Rusiyanın qəddar müstəmləkəçiliyinə qarşı gürcü xalqı ilə birlikdə dayanırıq
Helsinki Komissiyası - Rusiyanın qəddar müstəmləkəçiliyinə qarşı gürcü xalqı ilə birlikdə dayanırıq

 

14 il əvvəl Gürcüstanda Rusiyanın zorakı imperiya niyyətləri dünya üçün görk oldu – Helsinki Komissiyası “Twitter”də avqust müharibəsinə münasibət bildirir.

Bəyanatda, Helsinki Komissiyasının Gürcüstan hökumətini Rusiyanın zərərli təsirinin qarşısını almaq və regional təhlükəsizliyi gücləndirmək üçün Qərbli strateji tərəfdaşlar ilə birgə işləməyə çağırdığı deyilir.

“Yalan bəhanə ilə həyata keçirilən hücumdan sonra Rusiya qüvvələri on minlərlə insanı etnik təmizləməyə məruz qoyaraq , mənasız dağıntılar törədiblər və hazırda Gürcüstan ərazisinin 20 faizini işğal ediblər. Rusiyanın qəddar müstəmləkəçiliyinə qarşı gürcü xalqı ilə birlikdə dayanırıq. Rusiyanın Ukraynada işğalı və soyqırımı davam etdirməsindən irəli gələrək, Gürcüstan hökumətini Rusiyanın zərərli təsirinin qarşısını almaq və regional təhlükəsizliyi gücləndirmək üçün Qərbli strateji tərəfdaşlar ilə birgə işləməyə çağırırıq”- deyə bəyanatda deyilir.