Helsinki Komissiyası - "Xarici ölkənin agentləri" haqqında qanun ölkənin zəifləmiş demokratiyasına hücumdur, Rusiyaya özbaşına hədiyyədir
Helsinki Komissiyası - "Xarici ölkənin agentləri" haqqında qanun ölkənin zəifləmiş demokratiyasına hücumdur, Rusiyaya özbaşına hədiyyədir

 

“Xarici ölkənin agentləri” haqqında qanun ölkənin zəifləmiş demokratiyasına hücumdur, Rusiyaya özbaşına hədiyyədir və Gürcüstan vətəndaşlarının ardıcıl Avro-Atlantik seçiminə birbaşa çağırışdır, heç bir aspektdə fara-ya bənzəmir -bu barədə Helsinki Komissiyası “Twitter”də yazır. Komissiyanın dərc etdiyi bəyanatın müəllifləri Helsinki Komissiyasının sədri Co Vilson, həmsədr Ben Kardin və aparıcı qanunvericilər, konqresmen Stiv Koen və senator Rocer Uikerdir.

“Müstəqilliyini bərpa etdikdən sonra gürcü xalqı çox aydın və ardıcıl olaraq demokratik, Avro-Atlantik ictimaiyyətin üzvü olmağı seçdi. Lakin, “Xarici agentlər haqqında” anti-demokratik, rus stili qanun qüvvəyə minərsə, gürcü xalqının Aİ və NATO-ya üzvlük istəklərindən imtina edilməsi olacaq və gürcü demokratiyasının sürətlə tənəzzülə uğradığını vurğulayacaq. Bu həm də Gürcüstanın 20%-ni işğal edən, vətəndaşlarını qaçıran (oğurlayan), suverenliyinə məhəl qoymayan, Ukraynaya qarşı soyqırım müharibəsi aparan Rusiyaya indiki hökumətin artan yaxınlaşmasını göstərir.

Bu qanun, eləcə də siyasi opponentlərin həbsi də daxil olmaqla davam edən demokratik tənəzzül bizim strateji tərəfdaşlığımıza və gürcü xalqının Qərb seçimlərinə hücumdur. 1991-ci ildən Amerika gürcü xalqının qətiyyətli və dönməz dostudur və bu, hökumətin mövqeyindən asılı olmayaraq dəyişməyəcək. Dostluğumuzun ruhunu nəzərə alaraq, Gürcüstan hökumətini təşəbbüsü irəli sürülmüş qanun layihəsindən imtina etməyə və demokratiyaya sadiqliyini yeniləməyə çağırırıq”- deyə birgə bəyanatda qeyd olunub.