Helen qasırğası ABŞ-ın şərq sahillərində üç nəfərin ölümünə və üç milyondan çox insanın işıqsız qalmasına səbəb olub.
“Helen” qasırğası səbəbindən ABŞ-ın şərq sahillərində üç milyondan çox insan işıqsız qalıb. Bu barədə “BBC” məlumat yayıb.
Nəşrin məlumatına görə, qasırğa nəticəsində üç nəfər ölüb. Floridada bir nəfər avtomobilinin üzərinə yol nişanının düşməsi nəticəsində dünyasını dəyişib. Gürcüstanda iki nəfər ölüb. Fırtına nəticəsində yaşayış evləri və magistral yollar su altında qalıb.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Helenin gücü 4-cü kateqoriya qasırğasından tropik fırtınaya endirilib. Agentlik təbii fəlakətin zəifləməsinə baxmayaraq, vəziyyətin hələ də “təhlükəli və həyati təhlükəsi olduğunu” bildirir.