Həkimlərin məlumatına görə, yaralanan yeniyetmələrin vəziyyəti stabildir və cərrahi əməliyyat tələb etmir
Respublika xəstəxanasına gətirilən yeniyetmələrin vəziyyəti stabildir və cərrahi əməliyyat gərəkdirmir, – bu barədə bəyanatı jurnalistlərlə Respublika xəstəxanasının təcili tibb departamentinin rəhbəri Tea Tavardkiladze verdi.
“Təcili tibb departamentinə saat 20:00-da iki nəfər gətirildi. Hər ikisinində ürək-sinə tərəfindən yaralanması var. Hazırda pasientlərin vəziyyəti stabildir. Həyati təhlükə yoxdur, belə ki, cərrahi əməliyyat da lazım olmadı” – dedi Tea Tavardkiladze.
Həkimlərin dediyinə görə, hər iki pasient 17 yaşındadır.
Xatırladaq ki, Respublika xəstəxanasına bugün axşam saatlarında iki yaralı yeniyetmə gətirildi.
Hadisə ilə bağlı istintaq aparılır.