Həkimlərin məlumatına görə, Qudauridəki kanat yolunda baş verən qəzada zərər görənlər xəstəxanadan bugün və sabah çıxacaqlar
Qudauridəki kanat yolunda baş verən qəzada zərər görən dörd nəfər xəstəxanadan bugün və sabah çıxacaq. Bu barədə bəyanatı jurnalistlərə Ğuduşauri klinikasının həkimi Nikoloz Kartsivadze verdi.
Onun dediyinə görə, klinidan dörd pasient artıq buraxıldı və hazırda beş zərər görən müalicə görür.
“Beş pasientdən dördü nevrologiya və neiroxirurgiya bölməsindədir. Onların vəziyyətləri stabildir və ehtimala görə, bugün və sabah klinikadan çıxacaqlar.
Dünən əməliyyat edilən pasient hazırda reanimasiyadadır. Onun vəziyyəti də stabildir və bir neçə saatdan sonra aparatdan çıxardılacaq.
Əməliyyat olan pasientin bel sümüyündə zədələnmə var idi, ancaq həyati funksiyaları stabil durumdadır” – dedi Kartsivadze.
Dünən Qudauridə, kanat yolunda baş verən qəzada 11 nəfər zəzər gördü.