Həkimlərin məlumatına görə, Dodo Qugeşaşvilinin sağlamlıq vəziyyəti ağırdır
Ğuduşauri klinikasının departamentinin rəhbəri Nikoloz Kartsivadzenin bəyanatına görə, Dodo Qugeşaşvilinin vəziyyəti ağırdır.
Həkimin dediyinə görə, Dodo Qugeşaşvili ürəyindən yaralanıb.
Bugün səhər Abxaziya müharibəsinin veteranı Dodo Qugeşaşvili və oğlu Diğomi massivindəki yaşayış mənzillərində naməlum şəxs tərfindən güllələndilər.
Qriqol Qugeşaşvili yerindəcə həyatını itirdi, anası Dodo Qugeşaşvili isə, ağır vəziyyətdədir.