Həkimlərin məlumatına görə, Almaniya klinikalarından biri Temirlan Maçalikaşviliyi qəbul etməkdən imtina etdi
Müqəddəs Mikael adına kilinikanın həkimi Zaza Lursmanaşvilinin bəyanatına görə, Almaniya klinikalarından biri, Pankisidəki xüsusi əməliyyat zamanı vurulan Temirlan Maçalikaşviliyi pasient kimi qəbul etməkdən imtina etdi.
Səbəb olaraq isə, klinika yerlərin olmadığını bildirib.
Həkimin dediyinə görə, pasientin ailə üzvləri xaricdə klinika tapmağa müstəqil şəkildə çalışırlar.
Səhiyyə nazirliyinin tibb mütəxəssisləri isə, bir neçə xarici klinikalardan və həmçinin Türkiyədən cavab gözləyirlər.
Həkim istisna etmir ki, xarici klinikalar pasienti, onun vəziyyətinin ağırlığına görə qəbul etmək istəmirlər. Ancaq, konkret olaraq, hansı klinikanın imtina etdiyini Zaza Lursmanaşvili bildirməyib.
Xatırladaq ki, Temirlan Maçalikaşvili, Ahmed Çatayevin terorist qrupuna yardım etməklə ittiham edilir və o, Pankisidəki xüsusi əməliyyat zamanı vuruldu.