Həkimlər Slovakiyanın Baş naziri Robert Fitsonun ünsiyyət qurduğunu və sağalma prosedurlarından keçdiyini bildirirlər
Həkimlər Slovakiyanın Baş naziri Robert Fitsonun ünsiyyət qurduğunu və sağalma prosedurlarından keçdiyini bildirirlər

 
Slovakiyanın Baş naziri Robert Fitso ünsiyyət qurur. Slovakiya hökumətinin nümayəndələri və baş nazirin müalicə aldığı xəstəxananın rəhbərliyi müvafiq bəyanatı yayıblar.

“Baş nazir Robert Fitsonun qarın boşluğu tomoqrafiyadan keçirilib. Pasiyentin şüuru üstündədir və ünsiyyət qura bilir, o, sağalma prosedurlarından keçir” – xəstəxananın yaydığı bəyanatda deyilir.

Slovakiyanın Baş naziri Robert Fitsoya mayın 15-də Handlova şəhərində odlu silahdan atəş açıblar. Hökumətin iclası başa çatdıqdan sonra baş nazir əraziyə toplaşan insanların yanına gedib və bu zaman onlardan biri ona atəş açıb.

Baş nazir dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb və iki cərrah qrupu tərəfindən 5 saat ərzində əməliyyat edilib. Polis hücumçunu yerindəcə saxlayıb. O, üç toplusu nəşr edilmiş 71 yaşlı Yurai Tsintuladır. O, hücumun səbəbi olaraq Robert Fitsonun siyasətindən narazılığı göstərir.