Həkimlər Ani Tsitlidzeyə aclığı dayandırmağı tövsiyə edirlər, deputat aclıq aksiyasını davam etdirir
Həkimlər Ani Tsitlidzeyə aclığı dayandırmağı tövsiyə edirlər, deputat aclıq aksiyasını davam etdirir

 

Həkimlər “Milli Hərəkat”ın üzvü Ani Tsitlidzeyə aclığı dayandırmağı tövsiyə edirlər. Tsitlidzeni müayinə etdikdən sonra bu barədə jurnalistlərə “Təcili Yardım” briqadasının baş həkimi Tamar Svanidze məlumat verib.

Həkimin qeyd etdiyi kimi, aclıq aksiyası keçirən deputat 11 kiloqram arıqlayıb və ona sistem köçürülüb.

“Bu gün pasiyent aclıq aksiyasının 10-cu günündədir və təbii ki, bu mərhələdə o, kritik həddədir, lakin hemodinamik göstəriciləri stabildir. Hipotenziya daha qabarıq şəkildə özünü göstərir ki, bu da aclığa xasdır, eləcə də ürək döyüntüsü, nəfəs darlığı, empatiyadan əziyyət çəkir. O, əqli qabiliyyətlərini qoruyub saxlayıb və kifayət qədər aktivdir. Təhlil göstəriciləri az-çox dəyişib. Biz həkimlər olaraq sağlamlığa lüzumsuz yük yaratmamaq üçün aclığa son qoymağa çağırırıq. Dekabrın 22-nə olan göstəricilərə görə, o, 11 kiloqram arıqlayıb. Ona sistem köçürülüb” – deyə həkim açıqlayıb.

Deputat Ani Tsitlidze həkimlərin tövsiyələrinə baxmayaraq, aclıq aksiyasını davam etdirəcəyini bildirir.

“Fiziki qabiliyyətim aclıq aksiyasını davam etdirməyə imkan verənə qədər davam edəcəyəm. Həkimlərin tövsiyələrinə hörmətlə yanaşıram, ancaq qərarımda qətiyəm” – deyə Tsitlidze bildirib.

“Milli Hərəkat”ın üzvləri – Ana Tsitlidze, Davit Kirkitadze və Abdula İsmayılov dekabrın 15-də, parlamentdə Mixeil Saakaşvilinin xaricə köçürülməsini tələb edərək aclıq aksiyasına başlayıblar. Dünən, dekabrın 23-də səhhəti pisləşdiyi üçün klinikaya aparılan eyni partiyanın üzvü Temur Canaşia dekabrın 16-da onlara qoşulub.

Bundan əlavə, qanunverici orqanda sutkanın 24 saatı aclıq aksiyasının iştirakçılarına daim nəzarət edən həkimlər var.