Həkimin məlumatına görə, mehmanxanalarım birində əl qumbarasını partladan kimi reanimasiya şöbəsinə yerləşdirilib
Tbilisidə “Luks” mehmanxanasında əl qumbarasını partladan şəxs Quduşauri kKinikasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin dəyərləndirməsinə görə, vəziyyəti kritikdir.
Klinikanın təcili tibbi yardım və təbii fəlakətlər xidmətinin rəhbəri, Giorgi Beriaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, 47 yaşlı kişi çoxsaylı bədən xəsarətləri alıb və cərrahi əməliyyat olundu.
“Pasiyent dünən gecə gətirildi. Partlayış nəticəsində bir çox bədən xəsarətləri almışdır. Sinədə, başda xəsarətləri var. Vəziyyəti kritikdir. Gecə saatlarında cərrahi müdaxilə edildi. O, hazırda reanimasiya şöbəsindədir və müalicəsi davam etdirilir”, – Giorgio Beriaşvili bəyan etdi.