Həkimin məlumatına görə, Diğomidə baş verən partlayış zamanı zərər görən uşaq xəstəxanadan bu gün çıxarılacaq
“Diğomi Massivində baş verən partlayış zamanı zərər görən uşaq İaşvili klinikasında bir neçə saat monitorinqin keçirilməsi üçün qalacaq” – bu barədə məlumatı klinikanın həkimi Natia Turkadze verdi.
Onun dediyinə görə, ehtimala görə, uşaq klinikadan bu gün buraxılacaq.
“Klinikamıza gətirilən səkkiz aylıq qız uşağının qaşqasında və bir yanağında sıyrıqlar var idi. Keçirdiyimiz müainələr nəticəsində məlum oldu ki, hər hansı patoloji pozuntu baş verməyib. Ehtimala görə, uşaq evinə bu gün buraxılacaq” – dedi həkim Natia Turkadze.
Xatırladaq ki, Diğomi massivində partlayış bu gün baş verdi.
Hadisə nəticəsidə səkkiz nəfər zərər gördü.