Həkim - Vake Parkında xəsarət alan uşağın sağlamlıq vəziyyəti stabildir, reanimasiyada nəzarətdə saxlanılır, tezliklə evə buraxılması gözlənilir
Pasiyentin vəziyyəti hazırda stabildir, sabit nəfəs alır, yəni köməksiz özü nəfəs alır, – bu barədə “Nyu Hospitalsın”uşaq reanimatoloqu, Marina Pirtsxalava Vake Parkında xəsarət alan uşağın səhhətinin vəziyyəti ilə bağlı bəyan etdi.
Marina Pirtsxalavanın qeyd etdiyi kimi, Hemodinamik olaraq da stabildir, lakin aktiv olsa da, monitorinq lazımdır.
“Əlaqəyə yaxşı girir, suallara müvafiq olaraq cavab verir. Risklər hər halda müşahidəni tələb edir. Proqnoz baxımından, düçünürəm, Lazarenin vəziyyəti yaxşı olacaq və güman edildiyinə görə, evə tezliklə buraxılacaq. Monitorinq intensiv şöbədə davam etdiriləcək. Nevroloji vəziyyət hələ də müşahidə tələb edir. Düşünürəm, bu göstəricilərlə Lazareni xaricə aparmaq lazım gəlmir”, – həkim bəyan etdi.