Həkim Tsisana Şartava-Patriarxlıqdan alınan məlumata əsasən, din xadimi, möhtərəm Şio özünü yaxşı hiss edir
Gürcüstanın katolikos-patriarxı II İlianın həkimi Tsisana Şartavanın məlumatına əsasən, patriarxın varisi, Senaki və Çxorotsku mitropoliti möhtərəm Şio (Muciri) özünü yaxşı hiss edir. Şartavanın Gürcüstanın Birinci Kanalına verdiyi məlumata əsasən, bu barədə ona patriarxlıqdan məlumat verilib, lakin o, möhtərəmin özü ilə danışmayıb.
Həkimin sözlərinə görə, möhtərəm Şionun zəhərlənməsi ilə bağlı xəbərlər barədə məlumatı yoxdur.
“Heç bir məlumatım yoxdur, dünən axşam təsadüfən eşitdim. Televiziyada deyiblər, mənə də zəng etdilər. Ola bilsin, yeni bəyanat verilsin, möhtərəmin özü hələ cavab verməyib, onu narahat edə bilmərəm.
Mən onun həkimi deyiləm, sadəcə insani münasibətim var, səhhəti ilə bağlı məlumatım yoxdur. Mən özüm kovid sonrası dövrdən keçirəm və evdən işləyirəm, ona görə də sizə sonuncu dəfə nə vaxt gördüyümü deyə bilmərəm.
Özünü yaxşı hiss edir. Zəng etdim, dedilər ki, tamamilə yaxşıdır. Ən əsası bunu öyrəndim, öyrənmədən rahat ola bilməzdim və başqa heç nə bilmirəm. Bu hadisənin nə olduğu, nədir, bu haqda heç nə bilmirəm”, – Tsisana Şartava bildirib.
Gürcüstanın bir sıra media vasitələrində ümumi Gürcüstanın katolikos-patriarxı II İlianın varisi Senaki və Çxorotsku mitropoliti, möhtərəm Şio Mucirinin zəhərləndiyi barədə məlumat yayılıb. Patriarxlıq hələ ki, rəsmi şərh verməyib.