Həkim bildirib ki, keçmiş həyat yoldaşını və qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin vəziyyəti kritik ağırdır
Həkim bildirib ki, keçmiş həyat yoldaşını və qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin vəziyyəti kritik ağırdır

 
Keçmiş həyat yoldaşını və qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin vəziyyəti kritik ağırdır-bu barədə Simon Xeçinaşvili adına Universitet Klinikasının həkimi, neyrocərrah İvane Avazaşvili danışıb.

“Onu ağır vəziyyətdə gətirdilər. Oksipital nahiyəyə nüfuz edən yara qeydə alınırdı. Pasiyent neyrocərrahiyyə üçün əməliyyat otağına köçürülüb. Onun vəziyyəti ağırdır”- İvane Avazaşvili bildirib.

Ötən gecə Tbilisinin Dolidze küçəsində qətl hadisəsi baş verib. İki nəfər qətlə yetirilib. Yerli sakinlərin dedikləri kimi, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını və qayınatasını odlu silahdan atəş açmaqla öldürüb, sonra isə intihara cəhd edib. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin aktiv əməkdaşıdır.