Həhyat yoldaşını qəsdən qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Həhyat yoldaşını qəsdən qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildi

Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə, 58 yaşlı həyat yoldaşını qəsdən qətlə yetirmkdə ittiham olunaraq həbs edilən 65 yaşlı kişi barəsində həbs qətimkan tədbiri seçildi.

İşin prokuroru Levan Vepxvadzenin məlumatına görə, qətl arvadına qarşı cinsiyyətə görə törədilib və söhbət qısqanclıqdan gedir.

Levan Vepxvadzenin bəyan etdiyinə görə, təqsirləndirilən şəxs yatmış arvadının başına çəkiclə zərbə endirdi. İş üzrə dəlillər şəklində cinayət silahı və şahid ifadələri var.

Yaxalanın cinayəti etiraf edir. Hadisə dünən Tbilisidə, Joneti küçəsində baş verdi.

Cinayət altı ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.