Hazırda mövcud olan məlumata görə, Şovidə fəlakət zonasında olan insanların hamısı sağdır
Hazırda mövcud olan məlumata görə, Şovidə fəlakət zonasında olan insanların hamısı sağdır

Hazırda mövcud olan məlumata görə, Şovidə fəlakət zonasında olan insanların hamısı sağdır və təmasdadır.

Bu gün Şovidə torpaq sürüşməsi baş verib. Mövcud məlumata görə, təbii fəlakətin episentrində 15-ə yaxın insan olub, onların arasında xəsarət alan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 12 vətəndaş təbii fəlakət zonasından təxliyə edilib, onlardan beşi uşaqdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda aktiv xilasetmə tədbirləri davam etdirilir.