Bu vaxt üçün Gürcüstanın 1 700 000-nə yaxın vətəndaşı biometrik pasporta malikdir
Bu vaxt üçün Gürcüstanın 1 700 000-nə yaxın vətəndaşı biometrik pasporta malikdir

 

 

Bu vaxt üçün Gürcüstanın 1 700 000-nə yaxın vətəndaşı biometrik pasporta malikdir-bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Gürcüstan və Avropa İttifaqı arasında vizasız səyahətin 6 ilinin başa vurulması ilə əlaqədar məlumat yayır.

Agentliyin yaydığı məlumatda Gürcüstan vətəndaşının biometrik pasportunun yüksək texnologiyalı və saxtalaşdırılmaya qarşı qorunan səyahət sənədi olduğu deyilir.

“Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Gürcüstan vətəndaşları üçün Aİ ölkələri ilə vizasız səyahət rejiminin işə salınması və qorunub-saxlanması prosesinə mühüm töhfə verib. Avropa İttifaqı ilə əməkdaşlıqla uğurla həyata keçirilən viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının əsas hədəflərindən biri sənədlərin təhlükəsizliyini təmin etmək idi.

Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənədlərin, elektron şəxsiyyət vəsiqəsinin və biometrik pasportun etibarlılığı beynəlxalq səviyyədə tanınır.

Gürcüstan vətəndaşının biometrik pasportu yüksək texnologiyalı və saxtalaşdırılmaya qarşı qorunan səyahət sənədidir;

Gürcüstan pasportu ilə dünyanın 106 ölkəsinə vizasız getmək mümkündür.

Bu vaxt üçün Gürcüstanın 1 700 000-nə yaxın vətəndaşı biometrik pasporta malikdir” -deyə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında qeyd olunur.