Havanın kirlənməsinə qarşı Tbilisi meriyası tərəfindən hazırlanan qanunlayihə parlamentə təqdim ediləcək
Havanın kirlənməsinə qarşı Tbilisi meriyası tərəfindən hazırlanan qanunlayihə parlamentə təqdim ediləcək

Paytaxtda havanın kirlənməsinə qarşı Tbilisi meriyası tərəfindən hazırlanan müvafiq qanunlayihə yaxın zamanda, müzakirə üçün  parlamentə təqdim ediləcək.

Dəyişikliklərə əsasən, inşaat şirkətləri yeni requlyasiyalara uymalı olacaqlar, hansıların məqsədi tozlu materiallardan istifadənin məhdudlaşdırılmasıdır.

Qanun paketi bunları nəzərdə tutur: inşaat prosesində tozdan qoruyan vasitələrin istifadəsi, tozlu materialların islanmadan təmizlənməsi, tozlu materialların üstü açıq yük maşınları ilə daşınmaması və sairə.

Müvafiq pozuntular üçün, ilk dəfədə, pul sanksiyası 100-dən 200 lariyə qədərdir.