Hava Limanları İttifaqı- pis hava şəraitinə baxmayaraq, Kutaisi Hava Limanında uçuşlar adi qaydada həyata keçirilir
Hava Limanları İttifaqı- pis hava şəraitinə baxmayaraq, Kutaisi Hava Limanında uçuşlar adi qaydada həyata keçirilir

 

Qərbi Gürcüstanda güclü və intensiv qar yağmasına baxmayaraq, bu mərhələ üçün Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanında uçuşlar adi qaydada həyata keçirilir.

Gürcüstan Hava Limanları İttifaqının məlumatına əsasən, güclü qar yağmasına baxmayaraq, Kutaisi Beynəlxalq Hava Limanının müvafiq xidmətləri tərəfindən hava gəmisinin buzlanma əleyhinə prosedurları vaxtında həyata keçirilir və bu günə planlaşdırılan bütün reyslərin qəbulu və yola salınması fasiləsiz olaraq təmin edilir.

Yağış və güclü külək səbəbindən Israir Airline-a məxsus Airba A320 təyyarəsi Batumiyə enə bilməyib və Kutaisi Beynəlxalq Hava Limanı onu qəbul edib. Sərnişinlər avtobuslarla Batumiyə aparılıb. Batumidən İsrailə uçan 69 sərnişin yaxın bir neçə saat ərzində Kutaisi Beynəlxalq Hava Limanından Təl-Əvivə uçacaq.