Hava Limanları İttifaqı- Gürcüstanın hər üç beynəlxalq hava limanından uçuşlar yalnız sanksiya siyahısında olmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcək
Hava Limanları İttifaqı- Gürcüstanın hər üç beynəlxalq hava limanından uçuşlar yalnız sanksiya siyahısında olmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcək

 

Gürcüstanın hər üç beynəlxalq hava limanından uçuşlar yalnız sanksiya siyahısında olmayan aviaşirkətlər və təyyarələrlə həyata keçiriləcək. Bu barədə Gürcüstan Hava Limanları İttifaqı bəyanat yayır.

“Yüksək ictimai maraqdan irəli gələrək bir daha aydınlıq gətirmək istərdik. Qərar Gürcüstanın bütün beynəlxalq hava limanlarına şamil edilir: Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı, Davit Ağmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanı və Aleksandre Kartveli adına Batumi Beynəlxalq Hava Limanı.

Biz bir daha aydınlıq gətiririk: hava limanlarına uçuşlar yalnız sanksiyaların şamil olunmadığı aviaşirkətlər və təyyarələr tərəfindən həyata keçiriləcək. Heç bir beynəlxalq hava limanı arasında fərqli yanaşma olmayacaq” – deyə məlumatda deyilir.