Hava Limanları Birliyi, Kutaisi Beynəlxalq Hava Limanından yeni və bərpa edilən uçuşlar haqqında məlumat yayır
Gürcüstan Hava Limanları Birliyi, Kutaisi Beynəlxalq Hava Limanından yeni və bərpa edilən uçuşlar haqqında məlumat yayır.
Hava Limanları Birliyindən verilən məlumatda da qeyd olunduğu üzrə , Kutaisi Beynəlxalq Hava Limanının mövcudluğu dövründə ilk dəfə olaraq müntəzəm birbaşa uçuşlarla Yaxın Şərqə getmək mümkün olacaq. Konkret olaraq, dekabrın 16-dan etibarən həftədə iki tezliklə Abu-Dabi istiqamətində Macarıstanın ucuz hava yolu şirkəti Wizz Air tərəfindən bu yaxınlarda qurulan Wizz Air Abu Dhabi şirkəti tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.
Qış naviqasiya mövsümündə Kutaisi Beynəlxalq Hava Limanından üç şəhərə: Barselona, Berlin və Vyanaya birbaşa müntəzəm uçuşlar bərpa olunacaq. Qeyd etmək lazımdır ki, Gürcüstanla İspaniya arasında birbaşa müntəzəm uçuşlar pandemiyanın başlanğıcında dayandırılmışdı və 31 oktyabrdan etibarən, birinci mərhələdə həftədə bir dəfə Kutaisi Hava limanından yenidən bərpa olunacaq. Avstriyanın paytaxtı Vyanaya gəlincə, uçuşlar noyabrın 2-dən etibarən həftədə iki tezliklə bərpa ediləcək və Kutaisidən Berlin istiqamətində isə qış naviqasiya mövsümündə həftədə bir tezliklə uçuş noyabrın 2-dən etibarən mümkün olacaq.
Gürcüstan Hava Limanları Birliyindən verilən məlumata görə, epidemioloji vəziyyət nəzərə alınmaqla yeni istiqamətlər və tezliklər yenidən əlavə olunacaq.
Gürcüstan Hava Limanları Birliyinin direktoru Tamar Archuadzenin sözlərinə görə, Kutaisi Beynəlxalq Hava Limanından AB-nin 3 yenilənmiş və bir tamamilə yeni, Avropa olmayan istiqamətlərin təyin edilməsi Wizz Air-in Gürcüstan bazarı üçün uzunmüddətli planlarının olmasını göstərir.
“Wizz Air -in etibarlı və vacib tərəfdaşımız olduğunu bir daha təsdiqləməsindən məmnunuq. Doqquz illik uğurlu əməkdaşlıqdan sonra, Mərkəzi və Şərqi Avropadakı ən böyük ucuz hava yolu şirkəti Gürcüstan hava bazarında genişlənməyə davam edir. Kutaisi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birbaşa müntəzəm uçuşların başlaması ölkəmizin, xüsusən də İmereti bölgəsinin tamamilə yeni turizm bazarlarına çıxışı deməkdir. “Həmçinin, pandemiyadan əvvəl Gürcüstan vətəndaşları arasında çox populyar olan üç istiqamət geri qayıdacaq” -deyə Tamar Archuadze bildirib.
Bu yaxınlarda Gürcüstan Hava Limanları Birliyinin dəvəti ilə Wizz Air-in rəhbərliyinin Gürcüstana işgüzar səfəri baş tutdu. Səfərin nəticəsi olaraq, sentyabrın 28 -dən etibarən Kutaisidən Krakova birbaşa müntəzəm uçuşlar həftədə iki tezliklə həyata keçiriləcək və qış naviqasiya mövsümündə isə daha dörd istiqamət əlavə olunacaq.
Hava Limanları Birliyindən verilən məlumata görə, görüşdə “Wizz Air- ” in Gürcüstan bazarı üçün uzunmüddətli planları olduğu və epidemioloji vəziyyət nəzərə alınmaqla yeni istiqamətlər və tezliklərin əlavə ediləcəyi qeyd olunub. Hazırda hava yolu şirkəti Kutaisidən Avropanın 14 istiqamətinə həftədə 98 tezliklə birbaşa uçuşlar həyata keçirir.