Hava hücumu təhlükəsi ilə əlaqədar ABŞ-ın Kiyevdəki səfirliyi müvəqqəti bağlanıb
ABŞ Ukrayna paytaxtına hava hücumu təhlükəsi ilə əlaqədar Kiyevdəki səfirliyini müvəqqəti bağlayıb. Bu barədə səfirliyin yaydığı məlumatda deyilir.
“ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də potensial iri hava hücumu ilə bağlı konkret məlumat alıb. Ehtiyat tədbiri olaraq səfirlik bağlanacaq və səfirlik əməkdaşlarına yerində sığınacaq tapşırılıb. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal təxliyəyə hazır olmağı tövsiyə edir”. – ABŞ səfirliyinin bəyanatında deyilir.