Hansı təqdirdə bundan sonra borc götürə bilməyəcəksiniz - Milli Bankın yeni layihəsi
Gürcüstan Milli Bankı, borc verən təşkilatlarına yeni tənzimləmələri təyin edən layihəni yayır.
Tənzimləmələr, eyni vaxtda 20-dən artıq fiziki şəxsin borc/kredit öhdəliyinin götürdüyü, istənilən subyektə aid olacaq.
Layihəyə əsasən, ödəmə qabiliyyətinin tam analizi olmadan banklara vətəndaşlara borcun verilməsi yolverilməzdir. Ödəmə qabiliyyətinin analizi borc götürənin gəlirinin, xərcinin və öhdəliyinin analizi deməkdir. Ödəmə qabiliyyətinin dəyərləndirilməsi zamanı, onların öhdəlik xidmətinə neqativ təsir göstərə biləcək bütün əlavə faktorları analizə edilməlidir.
Qanunlayihədə ödəmə qabiliyyətinin tam analizi üçün vacib olan sənədlərin siyahısı yazılıbdır – bankda maaş barəsində arayış, gəlirlər xidmətində arayış və başqa etibarlı sənədlər.